Paytaxtda bu yollarda SIXLIQDIR - SİYAHI 

Paytaxtda bu yollarda SIXLIQDIR - SİYAHI 

Hazırda oxunan: Paytaxtda bu yollarda SIXLIQDIR - SİYAHI 
78534
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. 

Mərkəzdən Bizim.Media-ya bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: 

1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq; 

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq; 

3. Binəqədi şossesində - Biləcəi-Baksol yolu ilə kəsişmədən –mərkəz -Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq; 

4. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində sıxlıq; 

5. Abdulvahab Salamzadə küçəsində, Tbilisi prospekti ilə kəsişmədən Ziya Bünyadov prospekti ilə kəsişməyədək sıxlıq; 

6. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq; 

7. Tbilisi prospektində, 20 yanvar dairəsindən izmir küçəsi istiqamətində Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər sıxlıq; 

8. Şəfayət Mehdiyev küçəsində Tbilisi prospektinə çıxan hissədə sıxlıq; 

9. Abbasqulu ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində sıxlıq; 

10. Heydər Əliyev prospektində - Ağa Neymətulla küçəsi ilə kəsişmədən Heydər Əliyev Mərkəzi istiqamətində kənar yolda sıxlıq; 

11. Xətai prospekti – Neymət Quliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq; 

12. Ağa Neymətulla küçəsində, Heydər Əliyev prospekti ilə kəsişmədən Nərimanov metrosu istiqamətində sıxlıq; 

13. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin qarşısında- tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq; 

14. 28 may küçəsində Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq; 

15. Dilarə Əliyeva küçəsində, Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq; 

16. Şəmsi Bədəlbəyli küçəsində Qış parkının yanından Rəşid Behbudov küçəsi ilə ksəişməyədək sıxlıq müşahidə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO