Azərbaycanda Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant ağır qəzada həyatını itirdi - FOTO

Azərbaycanda Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant ağır qəzada həyatını itirdi - FOTO

Hazırda oxunan: Azərbaycanda Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant ağır qəzada həyatını itirdi - FOTO

78465

Vətən Müharibəsi iştirakçısı, polkovnik-leytenant Şöhrət Namazov avtomobil qəzasında həlak olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya açıqlamasında bildirib ki, hadisə dünən axşam saatlarında Gəncədə baş verib.

Axşam saat 22:00 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbə sakini R.İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub.
Qəza nəticəsində piyada xəstəxanaya aparılarkən ölüb. Gəncə Şəhər Baş Polis İdarəsində hadisə ilə bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Ş.Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən Müharibəsinin iştirakçısı olub.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO