Könüllülər paytaxtda monitorinqlərə cəlb olundu - FOTO

Könüllülər paytaxtda monitorinqlərə cəlb olundu - FOTO

Hazırda oxunan: Könüllülər paytaxtda monitorinqlərə cəlb olundu - FOTO
77551
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlər davam etdirilir. 

Bu barədə Bizim.Media-ya Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib. 

Hazırda Suraxanı rayonu ərazisində RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşlarından ibarət birgə monitorinq qrupları küçə və prospektlərdə, park və məhəllələrdə reydlər keçirir.  

Nəticələrdən asılı olaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır. 
Qeydə alınan çatışmazlıqların aradan qaldırılması üçün növbəti mərhələdə aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində tədbirlərin icrasına başlanılacaqdır. 

Xatırladaq ki, Səbail, Nərimanov və Yasamal rayonlarında keçirilmiş monitorinqlərin nəticələri üzrə bir sıra küçə və prospektlərdə səkilər təmir edilib, ağaclar budanıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemləri qurulub və digər abadlıq işləri görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO