Birinci Avropa Oyunlarının məşəli Şirvanda  - FOTO

Birinci Avropa Oyunlarının məşəli Şirvanda - FOTO

Hazırda oxunan: Birinci Avropa Oyunlarının məşəli Şirvanda - FOTO

77071
Şəhər sakinləri yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.
Mayın 5-də Neftçala rayonunda yandırılan birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərinə gətirilib. Şəhər sakinləri yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.

Moderator.az azərtac-a istinadən xəbər verir ki, Şirvan şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.
Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli Şirvan şəhər Mədəniyyət İdarəsinin rəqs dərnəyinin müəllimi Cavid Ziyadi qəbul etdi.
Sonra Bayraq meydanından Heydər Əliyev prospekti, Naxçıvan və M.Ə.Rəsulzadə küçələri boyunca məşəl yürüşü başlandı. 3,8 kilometr məsafə qət edən 10 idmançı növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev meydanına gətirdilər.
Meydana toplaşanların alqışları altında səhnəyə qalxan Şirvan şəhər 12 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aydın Əliyev birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. 16 yaşlı karate üzrə dünya və Avropa çempionu Fərid Abbasov Avropa Oyunlarının çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayona təhvil verdi.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərindən sonra Hacıqabul rayonu
na yola salındı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO