“Bayraktar Akıncı” Gürcüstanı keçərək Bakıda eniş etdi

“Bayraktar Akıncı” Gürcüstanı keçərək Bakıda eniş etdi

Hazırda oxunan: “Bayraktar Akıncı” Gürcüstanı keçərək Bakıda eniş etdi
75566
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bayraktar Akıncı” pilotsuz döyüş aparatı “TEKNOFEST Azərbaycan” festivalına qatılmaq üçün Bakı səmasına çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin dünyaca məşhur Baykar Makina kompaniyası məlumat yayıb. Bildirilir ki, artıq 2 min kilometr uçuş etmək imkanı qazandırılan “Bayraktar Akıncı” həm “TEKNOFEST Azərbaycan”da mavi səmada məharətini göstərəcək, həm də festival çərçivəsində sərgidə nümayiş olunacaq.

Məlumatda bildirilir ki, Bakıya eniş edən “Bayraktar Akınçı” Türkiyənin Çorlu bölgəsindən səmaya qalxaraq, Gürcüstan ərazisini keçərək Azərbaycana çatıb.

Qeyd edək ki, 44 günlük ikinci Qarabağ savaşında dünya hərb tarixinə qızıl hərflərlə yeni döyüş dastanı yazan “Bayraktar Akıncı” pilotsuz döyüş aparatının üç ölkəyə ixracatı üçün satış müqavilələri imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO