Tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin 3-cü vaksindən sonra səhhətində böyük problemlərin yaranması haqqında sosial şəbəkədə məlumatlar yayılıb.
Bizim.Media politoloqun sağlamlıq durumunu öyrənmək üçün özü ilə əlaqə saxlayıb. O, hazırda yaxşılaşdığını bildirərək işdə olduğunu söyləyib:
“10 gün əvvəl 3-cü vaksindən sonra məndə ürəyimdə narahatlıq hiss etdim. Təngnəfəslik, cüzi titrətmə oldu və bu hallar 1 həftə davam etdi.
Daha sonra həkimə müraciət etdim və artıq 1 həftədir ki, səhhətimdə irəliləyişlər var. İndi isə hər şey qaydasındadır. Artıq evə buraxılmışam və müalicəm ambulator şəkildə davam edir. Hazırda da işimin başındayam”, - deyən Q.Hüseynli heç bir şikayətinin olmadığını qeyd edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:05 / 05.05.2022
Qabil Hüseynlinin 3-cü vaksindən sonra halı pisləşib - Özündən AÇIQLAMA
Hazırda oxunan: Qabil Hüseynlinin 3-cü vaksindən sonra halı pisləşib - Özündən AÇIQLAMA
Hazırda oxunan: Qabil Hüseynlinin 3-cü vaksindən sonra halı pisləşib - Özündən AÇIQLAMA
72916
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.