Sürücü əmrə tabe olmadı, polis saxladı - VİDEO

Sürücü əmrə tabe olmadı, polis saxladı - VİDEO

Hazırda oxunan: Sürücü əmrə tabe olmadı, polis saxladı - VİDEO

72888

Sumqayıt şəhərində narkotik vasitənin təsiri altında avtomobil idarə edən və yol polisinin qanuni saxlama tələbinə tabe olmayan sürücü saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, Tural Hüseynov şəhər ərazisində idarə etdiyi avtomobillə ardıcıl olaraq kobud qayda pozuntuları etdiyi üçün Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ona saxla işarəsi verib.

Amma sürücü onlardan qaçmağa çalışıb. Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində Tural Hüseynovun saxlanılması təmin edilib.

Sürücü daha sonra Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən tibbi müayinəyə cəlb edilib və onun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib.
Tural Hüseynov barəsində toplanan material məhkəməyə göndərilib və o, məhkəmənin qərarı ilə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs edilib.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO