Azərbaycanda şirkətin həyətində MEYİT TAPILDI

Azərbaycanda şirkətin həyətində MEYİT TAPILDI

Hazırda oxunan: Azərbaycanda şirkətin həyətində MEYİT TAPILDI

72713

Azərbaycanda şirkətdə meyit tapılıb.

Bizim.Media xəbər verir ki, hadisə Kürdəmir rayonunda qeydə alınıb. Rayon ərazisində fəaliyyət göstərən “Azbiyan” MMC-nin həyətində kişi meyiti aşkar edilib.

Araşdırma nəticəsində meyiti tapılan şəxsin elə həmin şirkətdə işləyən 50 yaşlı Vidadi Nəsirov olması müəyyən edilib.

Meyitə ilkin baxış keçirilərkən onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Lakin buna baxmayaraq, meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə təhvil verilib.

Onun ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra müəyyən olacaq.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO