Azərbaycanda 4 günlük İŞ REJİMİ tətbiq ediləcək? - VARİANTLAR

Azərbaycanda 4 günlük İŞ REJİMİ tətbiq ediləcək? - VARİANTLAR

Hazırda oxunan: Azərbaycanda 4 günlük İŞ REJİMİ tətbiq ediləcək? - VARİANTLAR

72703

“İşləyənlərin 65 faizinin əmək müqaviləsi olmadan işləməsi fonunda, 4 günlük iş rejiminin tətbiqi mümkünsüzdür”. 

Bunu Bizim.Media-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcrayyə Komitəsinin sədri Sahib Məmmədov bir sıra ölkələrdə 4 günlük iş həftəsinə keçidlə bağlı müəyyən müzakirələrin getməsi fonunda, Azərbaycanda da anoloji rejimin tətbiqinin mümkün olub-olmamasından danışarkən deyib: 

“Rəsmi etirafa görə bu gün Azərbaycada işləyənlərin cəmi 35 faizi əmək müqaviləsilə işləyir. Yerdə qalan 65 faiz isə əmək müqaviləsi olmadan müxtəlif sahələrdə çalışır. Ona görə də Azərbaycanda hələ həmin 65 faizi qeyri-formal əmək bazarından formal əmək bazarına cəlb etmək problemi var. Bu səbəbdən mövcud vəziyyətdə Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi 4 günlük iş həftəsi rejiminin tətbiqi mümkün deyil. 

Bununla belə, həmsöhbətimiz düşünür ki, hansısa özəl qurum sözügedən istiqamətdə şəxsi təşəbbüsülər edə bilər və buna görə, qanuna dəyişiklik etməyə ehtiyac yoxdur: 
 

“Hansısa bir şirkət 4 günlük və yaxud 4 saatlıq iş günü tətbiq etsə, heç kim ona heç nə deyə bilməz. Şirkət sadəcə 8 saatdan artıq iş tətbiq etsə, 12 saatlıq iş rejimi qoysa, onda qanun işə düşə bilər.


Amma dünyanın heç bir ölkəsində dövlət sektorunda sözügedən istiqamətdə heç bir eksperiment aparılmır. Lakin Avropadakı bəzi kommersiya qurumları işlərini optimallaşdırıb, bəzi işçilərini məsafədən işə keçirməklə kiçik ofislər götürür. Yaxud da elə bir sistem qururlar ki, işçi hasilat normasını 8 saat əvəzinə 4 saata, yaxud 6 gün əvəzinə 4 günə icra edir, ona görə də sonda 4 günlük iş alınır. Azərbaycanda da hansısa biznes qurumu iş həcminin saxlanılması şərtilə xərclərə qənaət etmək üçün bu metoddan yararlana bilər. Heç bir biznes xeyri olmadığı təqdirdə, iş saatı və ya iş gününün azaldılmasına getməz”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO