“Xalqın problemləri ANS-i qətiyyən maraqlandırmır”x9d

“Xalqın problemləri ANS-i qətiyyən maraqlandırmır”x9d

Hazırda oxunan: “Xalqın problemləri ANS-i qətiyyən maraqlandırmır”x9d

70965
Moderator.az-ın poçtuna ANS telekanalında üzləşdiyi biganəlikdən gileylənən bir şikayətçinin məktubu daxil olub, onu oxuculara təqdim edir, mühakimə yürütməyi də onların öhdəsinə buraxırıq:

"Bilmirəm hardan başlayıb, harda bitirim. Mənim kimi  hər yerdən əli üzülən köməksiz insanlar üz tuturlar telekanallara problemlərini ictimailəşdirib kimlərsə onlara dəstək olub kömək etsin. 
Mən də çoxları kimi elə bilirdim ki, ANS-də efirə gedən  tamaşaçının səbərsizliklə vaxtını gözlədiyi “ Adam içində”x9d verilişi  problemi olanların ümüd yeridi. Amma hər şey də göründüyü kimi deyil. Telekanallar belə adamı olmayib, tapşırılmayan insanları qəbul etmək nədi, heç dinləmirlər. 

Mənim torpağım saxta sənədlərlə ələ keçirilib, döymədiyim qapı qalmayıb. Axırda ANS-ə getdim ki, bəlkə dərdimi işıqlandırar. 6-cı mərtəbədə divanda oturan dolu bir xanım Lamiyə adlı xanıma zəng edib şikayətçinin dinləmək üçün çağırdı. Xanım şikayətimin torpaqla bağlı olduğunu öyrənəndə məndən  “dünən zəng edib tapşıran müəllimin adamısız”x9d deyə soruşub "yox" cavabı alanda “o zaman telefon nomrənizi götürək sizinlə əlaqə saxlayarıq”x9d deyib uzaqlaşmaq istədi. Qarşı koridordan gələn Afət Rahilqızını gözləyib xanımın şikayətçi olduğunu dedi. Afət laqeyd dilucu soruşdu ki, “problem nədi?”x9d “Torpaqla baglı”x9d deyəndə, “biz ailə münaqişəsinə baxırıq”x9d deyib liftə mindi. Lamiyə xanim məni yenidən birinci mərtəbəyə düşüb  “İç xəbər”x9d verilişinin şikayət poçtuna məktub yazmağı təklif etdi.  Həmin poçta 2 dəfə şikayət yazıb atdığımı, amma bu günəcən heç bir nəticə olmadığını dedim...
Deyir dənizdə batan saman çöpündən yapışar. Əlacım olmadığından yenidən 1-ci mərtəbəyə düşüb, birinci otaqdan çıxan cavan oğlana yaxınlaşdım ki, bəs mən “İç xəbər"in  jurnalistiyə görüşmək istəyirəm. Cavan oğlanın maraqlı bir cavabı oldu ki, “jurnalistlər şikayətçiylə görüşmürlər”x9d. Yevlaxdan olduğumu biləndən sonra isə “bizim orada müxbirimiz yoxdu”x9d deyə başından elədi. 
1-ci mərtəbədə girişdə yerləşən otaqda oturan bir  cavan oglan “biz elə şikayətlərə baxmırıq, bizdə ancaq ailədə olan qalmaqallar efirə gedir”x9d dedi. Sual verəndə ki, bəs necə olur “Samux rayonundan bank işilə bağlı şikayəti isıqlandırdız?”x9d Oğlan duruxub cavab verdi ki, “bəs o keçən il olub. Özü də o şikayət dələduzluqdu”x9d. Yaxşı, o dələduzluqdusa saxta sənəd düzəldənlərin adı nədir?
İndi başa düşürəm ki, Azərbaycanda televiziya yoxdur. Düzünü ancaq internet saytları yazırlar. Ona görə də mənim kimi problemi olan bütün sadə vətəndaşlara üzümü tutub demək istəyirəm ki, telekanallara, ANS-ə inanmayın, onları ancaq ailə qalmaqalı maraqlandırır  ki, kim kimdən hamilə qaldı, hansı qadın ərinə xəyanət elədi. Xalqın problemləri ANS-i qətiyyən maraqlandırmır. 
Bütün günü efirdə hansısa məmuru tənqid edib insanların gözünə kül üfürmək lazım deyil. Bir məmurun qəbuluna düşmək daha asandı ki, nəinki ANS-də bir jurnalistin qəbuluna düşmək... Bütün gün düzgünlükdən, ədalətdən danışan, hər zaman “hamıdan birinci hadisə yerindəyik”x9d deyən ANS TV-nin kömək dəstəyi budurmu? İnsanların şəxsi həyatıyla özlərini gündəmdə saxlayıb şou yaratmaq lazım deyil.  

İmza  Muradova Gülbəniz Veysəl qızı
Telefon 050-492-24-40



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO