Füzuli Dram Teatrının avtomobili qarət olundu - FOTO

Füzuli Dram Teatrının avtomobili qarət olundu - FOTO

Hazırda oxunan: Füzuli Dram Teatrının avtomobili qarət olundu - FOTO

66566

Sumqayıtda avtomobil qarət edilib. 

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər 19 AA 073 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı avtomobilin şüşəsini sındıraraq avtomobildən içərisində, təxminən 1500 manat pul, bank kartları, şəxsiyyət, sürücülük vəsiqələri və digər sənədlər olan əl çantasını oğurlayıblar. 

Avtomobil Füzuli Dram Teatrının balansında olub. 

Füzuli Dram Teatrının direktoru - sürücü Vaqif Vəliyev hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

Qeyd edək ki, hadisə ilə bağlı paylaşımı Vaqif Vəliyevin oğlu, journalist Sabuhi Vaqifoglu “Facebook” səhifəsində paylaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO