
- A-
- A
- A+
Cəmiyyət
17:08 / 21.11.2026
1 dəq oxunma
Milli Parkda qanunsuz balıq ovlayan şəxs saxlanıldı
Hazırda oxunan: Milli Parkda qanunsuz balıq ovlayan şəxs saxlanıldı
648937
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bizim.Media xəbər verir ki, idarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə Milli Parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan S.Babayev saxlanılıb.
Baxış zamanı ondan çəkisi 10 kiloqramdan artıq müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































