Lənkəranda avtomobil iki tələbəni vurdu

Lənkəranda avtomobil iki tələbəni vurdu

Hazırda oxunan: Lənkəranda avtomobil iki tələbəni vurdu

64798

Lənkəranda avtomobil iki piyadanı vurub. 

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə Akademik Zərifə Əliyeva küçəsində, 1 mikrorayon ərazisində baş verib.

"VAZ 2105"  markalı avtomobil 2002-ci il təvəllüdlü Masallı rayon sakini Mirkənan Ramiz oglu Əsədovu və həmyerlisi, 2003-cü il təvəllüdlü Rəvan Hidayet oglu Həsənovu vurub.

Sürücü hər iki yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralılara ilkin tibbi yardım göstərilib, müayinələri davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir. 
Xəsarət alan piyadaların hər ikisinin Lənkəran Dövlət Universitetinin tələbələri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO