Sumqayıtda narkotacir həbs olundu – VİDEO

Sumqayıtda narkotacir həbs olundu – VİDEO

Hazırda oxunan: Sumqayıtda narkotacir həbs olundu – VİDEO

64628

Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs olunub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölıməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş şəhər sakini İbrahim Əhmədov tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə baxış zamanı 1 kiloqrama yaxın heroin və elektron tərəzi aşkarlanıb.

Araşdırma nəticəsində müəyyən edilib ki, İbrahim Əhmədov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub.

Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İbrahim Əhmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO