Vergi müfəttişi həbs edildi

Vergi müfəttişi həbs edildi

Hazırda oxunan: Vergi müfəttişi həbs edildi
645697
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında deyilir.

Məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Vergi yoxlamalarının həyata keçirilməsi zamanı yol verilən qanun pozuntularına qarşı mübarizə aparılır.

Belə tədbirlərdən biri kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə sözügedən Xidmətin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi Rüfət Alıyevin 2026-cı ilin sentyabr ayında Gəncə şəhərində fəaliyyət göstərən sahibkardan vergi yoxlaması həyata keçirilən zaman daha az miqdarda maliyyə sanksiyası tətbiq edilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin tam dairəsinin və belə əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO