Maaşı hansı bankdan alacağını işçi özü seçməlidir – Hüquqi izah

Maaşı hansı bankdan alacağını işçi özü seçməlidir – Hüquqi izah

Hazırda oxunan: Maaşı hansı bankdan alacağını işçi özü seçməlidir – Hüquqi izah
645581
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov iqtisadçılarla görüşündə məlumat verib.

Bu, həm istehlakçı hüquqlarını qorumaq, həm də bazarda rəqabəti artırmaq baxımından çox vacibdir.

Bəs qanunvericilikdə sözügedən məsələ necə öz əksini tapıb?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, əmək qanunvericiliyinə görə əmək haqqını hansı formada və necə almağı işçi müəyyən edir:
 

“Təəssüf ki, praktikada belə deyil. Belə ki, işçinin maaşının hansı bankdan almasını işəgötürən müəyyən edir. Və hətta işçi buna etiraz edib deyə bilmir ki,”mən filan bankdan maaşımı almaq istəyirəm”. Bunu demək istəyən işçi təbii ki, rəhbərliyin təzyiqi ilə üzləşir.


Pensiya məsələsində də vəziyyət eynidir. Vətəndaşı məcbur edirlər ki, ancaq biz deyən bankla işləməlisən. Bu da Mülki Məcəlləninin tələblərini ciddi şəkildə pozmaq deməkdir. İndi AMB istəyir ki, gələn ilin aprel ayından bu problemi həll eləsin. İlkin mərhələdə işçiyə maaşının istənilən bankdan alması sərbəstliyi veriləcək. Yəqin ki, daha sonra bu qayda digər sahələrə də tətbiq ediləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO