
- A-
- A
- A+
Xəstəxanalarda həkim qəbulundakı limitlə bağlı rəsmi açıqlama - Video
TƏBİB tabeli tibb müəssisələrində həkimlərə xəstə qəbulu ilə bağlı limit qoyulmayıb.
Bu barədə Bizim Media-ya açıqlamasında TƏBİB-in İcraçı direktor vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev bildirib.
Onun sözlərinə görə, tibb müəssisələrində onlayn növbə tətbiq edilir və növbənin başlamasına 20 dəqiqə qalmış vətəndaş xəstəxanaya yaxınlaşıb, növbəsini aktivləşdirib qəbulda olmalıdır.
"TƏBİB tabeli tibb müəssisələrində həkimlərə xəstə qəbulu ilə bağlı limit qoyulmayıb. Bununla bağlı şikayətlər varsa, hansısa müəssisədə belə bir hal yaşanıbsa, TƏBİB-ə məlumat verilsə, araşdırıla bilər. Həkimlərin iş vaxtı var, amma iş saatı daxilində xəstə qəbulu ilə bağlı hər hansı bir limit yoxdur".
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































