
- A-
- A
- A+
Tramp üçün həlledici gün: Bu gün Konqresə seçkilər keçiriləcək
Bu gün, noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkiləri keçirilir. Səsvermənin nəticələrinə əsasən, Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 35 üzvü müəyyənləşəcək.
Bizim.Media xəbər verir ki, bundan əlavə, 36 ştatda qubernator seçkiləri, yerli hakimiyyət orqanlarına seçkilər və müxtəlif referendumlar keçiriləcək.
Seçkilərin əsas mübarizəsi Respublikaçılar Partiyasının Konqresin hər iki palatasında çoxluğu qoruyub-saxlaya biləcəyi, yoxsa Demokratlar Partiyasının siyasi qüvvələr balansını dəyişəcəyi ilə bağlıdır.
Demokratların qələbəsi ABŞ Prezidenti Donald Trampın siyasi mövqelərini zəiflədə, onun administrasiyasına parlament nəzarətini gücləndirə və Ağ Evin təşəbbüslərinə maneələr yarada bilər.
Seçkilərin nəticələri, həmçinin ABŞ-ın Ukrayna və Rusiya siyasətinə, eləcə də İsrailə hərbi dəstəyinə təsir göstərə bilər. (Mənbə: NBC News)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































