
- A-
- A
- A+
5-10 minlik göz əməliyyatları artıq pulsuz icra ediləcək
Özəl klinikalarda 5-10 minlik göz əməliyyatları artıq bu şöbədə pulsuz icra ediləcək.
Bizim.Media xəbər verir ki, bunu Xətai Tibb Mərkəzinin Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin bugünkü açılışında şöbənin müdiri oftalmoloq Cahid Şahbazov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, şöbə gün ərzində 100-150 xəstə qəbul edəcək:
"Mürəkkəb şəkər fəsadlarına dair göz əməliyyatları, ağır göz dibi əməliyyatları artıq pulsuz icra ediləcək.
Xəstələr bu əməliyyatlar üçün özəl xəstəxanalara getmək məcburiyyətində olmayacaq. Yeni açılan şöbəmizdə əvvəllər ancaq özəl xəstəxanalarda icra edilən iki əməliyyat da - ağır göz dibi əməliyyatı və vitrektomiya da icra ediləcək. Xəstəxanada dörd həkim fəaliyyət göstərəcək.
Rayonlardan müraciət edən xəstələr üçün yanında qalan qohumlar simvolik bir məbləğ - bir gecə üçün 11 manat ödəməklə qala biləcəklər. Artıq şöbəmizdə 10 əməliyyat etmişik".
Qeyd edək ki, şöbədəki xidmət İcbari Tibbi Sığorta ilə qarşılanır, yəni tam pulsuzdur.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































