“Avroviziya-2027” mahnı müsabiqəsinin iştirakçılarına tələblər sərtləşdirildi

“Avroviziya-2027” mahnı müsabiqəsinin iştirakçılarına tələblər sərtləşdirildi

Hazırda oxunan: “Avroviziya-2027” mahnı müsabiqəsinin iştirakçılarına tələblər sərtləşdirildi
645682
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa Yayım Birliyi (EBU) “Avroviziya” mahnı müsabiqəsinin 2027-ci ildən qüvvəyə minəcək yeni qaydalarını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, dəyişikliklər iştirakçıların minimum yaş həddinə, fonoqramlardan istifadəyə və təhlükəsizlik şəraitində müsabiqənin təşkilinə aiddir.

Yeni qaydalara əsasən, 2027-ci ildən etibarən ifaçıların ilk məşq zamanı yaşı ən azı 18 olmalıdır. Əvvəllər bu hədd 16 yaş idi. EBU qərarı gənc ifaçıların müdafiəsinin gücləndirilməsi və onların beynəlxalq müsabiqə ilə bağlı təzyiqlərdən qorunması zərurəti ilə izah edib.

Bundan əlavə, mahnının əsas melodiyası aparıcı ifaçı və ya ifaçılar tərəfindən canlı səsləndirilməlidir. Fonoqramlardan və əvvəlcədən yazılmış audioelementlərdən istifadəyə icazə verilsə də, onlar canlı vokalı əvəz etməməli və həddindən artıq dəstəkləməməlidir.

Yeni qaydalara görə, silahlı münaqişə, mürəkkəb geosiyasi vəziyyət və ya digər hallar qalib ölkənin və ya qonşu regionun təhlükəsizliyinə və sabitliyinə ciddi təsir göstərərsə, həmin ölkə növbəti müsabiqəyə ev sahibliyi etmək hüququnu itirə bilər. Bu halda EBU alternativ təşkilatçı yayımçı təyin edə biləcək.

“Avroviziya”nın direktoru Martin Qrin bildirib ki, dəyişikliklər müsabiqənin şəffaflığını artırmaq, ifaçıları qorumaq və bütün iştirakçılar üçün təhlükəsiz mühit yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, 71-ci “Avroviziya” mahnı müsabiqəsi 2027-ci il mayın 11 və 13-də yarımfinalları, mayın 15-də isə böyük finalı olmaqla Bolqarıstanın Burqas şəhərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO