Super-elit buğda və arpa toxumu istehsal edən fermerlərə hektara 470 manat subsidiya

Super-elit buğda və arpa toxumu istehsal edən fermerlərə hektara 470 manat subsidiya

Hazırda oxunan: Super-elit buğda və arpa toxumu istehsal edən fermerlərə hektara 470 manat subsidiya
641508
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sertifikatlı toxumdan istifadə etməyən fermerlərə ödənilən əkin subsidiyası mərhələli şəkildə azaldılacaq. 2026-2027-ci əkin mövsümündə belə fermerlərin subsidiyası 50 faiz aşağı salınacaq, 2027-2028-ci əkin mövsümündə isə subsidiya əmsalı sıfır qəbul ediləcək.

Bu barədə Bizim.Media-ya Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat verilib.

Bildirilib ki, yerli toxumçuluğun inkişaf etdirilməsi məqsədilə super-elit toxum istehsal edən fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək.

Belə ki, yerli mənşəli super-elit buğda və arpa toxumlarının istehsalına görə fermerlərə hər hektar üçün 470 manat əkin subsidiyası veriləcək. Xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə hektar başına 300 manat artıq subsidiya ödəniləcək.

Bununla yanaşı, buğda və arpa əkini zamanı sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib.

Qeyd edək ki, yeni qərarların əsas məqsədi sertifikatlı toxum istehsalını və istifadəsini təşviq etmək, yerli toxumçuluğun inkişafına dəstək verməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO