Beyləqanda məktəbdə hazırladıqları qidadan zəhərlənən uşaqlar evə buraxılıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dünən zəhərlənmə şübhəsi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 14 nəfərin (7 qadın cinsli, 7 kişi cinsli) hər birinə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, hadisə dünən Beyləqanda məktəbdə baş verib. AQTA-nın ilkin araşdırmasına əsasən, hadisə şagirdlərin "Texnologiya" dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib.
Fəridə, Bizim.Media




























































































