Bakıda Heydər Əliyev prospekti–Bəşir Bünyadov kəsişməsində yol gecə saatlarında bağlanacaq

Bakıda Heydər Əliyev prospekti–Bəşir Bünyadov kəsişməsində yol gecə saatlarında bağlanacaq

Hazırda oxunan: Bakıda Heydər Əliyev prospekti–Bəşir Bünyadov kəsişməsində yol gecə saatlarında bağlanacaq
641310
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində yerləşən yol qovşağının bir hissəsində təmir işləri aparılacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, nəqliyyatın hərəkətinə təsirin minimuma endirilməsi məqsədilə təmir işləri yalnız gecə saatlarında, aşağıdakı tarixlərdə həyata keçiriləcək:

9 oktyabr saat 23:00-dan 10 oktyabr saat 07:00-dək;

10 oktyabr saat 23:00-dan 11 oktyabr saat 07:00-dək;

11 oktyabr saat 23:00-dan 12 oktyabr saat 07:00-dək.
 

Təmir işlərinin aparıldığı müddətdə qeyd olunan yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.


Sürücülərdən mümkün sıxlığın qarşısını almaq məqsədilə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO