2026-cı ilin sonuna yaxınlaşdıqca ictimaiyyəti maraqlandıran məsələlərdən biri də 2027-ci ildə gözlənilən pensiya artımıdır. Artıq bu istiqamətdə müxtəlif rəqəmlər səsləndirilir.
Qeyd edək ki, pensiyaların artırılması əsasən pensiya məbləğlərinin indeksləşdirilməsi hesabına həyata keçirilir. Qanunvericiliyə əsasən, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə ortaaylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. Yəni əvvəlki il ərzində ölkədə ortaaylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da həmin göstəriciyə uyğun artırılır. İndeksləşdirmə ölkə başçısının bu barədə müvafiq sərəncamına əsasən həyata keçirilir.
Bəs, 2027-ci ildə əmək pensiyaları nə qədər artırıla bilər?
Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, 2026-cı ilin ilk yarısının göstəricilərinə əsasən, ölkədə muzdla işləyən şəxslərin əməkhaqqı gəlirləri 7.2 faiz artıb:
"Əgər ilin sonuna qədər bu göstərici stabil qalsa, hətta arta da bilər, təbii ki, əmək bazarındakı vəziyyətə uyğun olaraq azala da bilər. Amma təqribən bu intervalda olacaq. Dəqiq göstəricini biz fevralın ilk 10 günlüyündə biləcəyik. Adətən bu statistika bir ay gecikmə ilə dərc edilir. Yəni dəqiq rəqəmi 2027-ci ilin fevralında biləcəyik. Amma təxmin edə bilərik ki, növbəti ildən pensiyaların təqribən 7 faiz ətrafında indeksasiya olunması mümkündür".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:48 / 04.10.2026
2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO
Hazırda oxunan: 2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO
Hazırda oxunan: 2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO
640398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































