Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Hazırda oxunan: Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

639873

Şəkinin Şirinbulaq kəndində sakinlər uzun illərdir təbii qazın olmamasından əziyyət çəkirlər.

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, kənd sakinləri yaşayış məntəqəsində ötən əsrin 90-cı illərinin sonlarına qədər təbii qaz olduğunu deyirlər.

Lakin təxminən 30 ildir kənddə qaz problemi hökm sürür. Sakinlər bildirirlər ki, xüsusilə qış aylarında vəziyyət daha da çətinləşir. Yanacaq üçün odun tapmaqda çətinlik çəkən kəndlilər bəzən həyətlərindəki ağacları kəsmək məcburiyyətində qaldıqlarını deyirlər.
 

"75 yaşım var. Soyuq düşür, yandırmağa heç nə yoxdur. Bizim kimi qocalar soyuqda qalır. Gedib odun gətirməyə də gücümüz çatmır", - deyə şikayətçi narazılığını dilə gətirib.


Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, ölkə üzrə qazlaşdırılmayan kəndlərin və yeni yaşayış massivlərinin mavi yanacaqla təmin edilməsi qurumun gündəliyində olan məsələlərdəndir.

Qeyd olunub ki, qazlaşdırma proqramı birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir:

"Şəki rayonunun Şirinbulaq kəndinə küçə qaz xətlərinin çəkilməsi məsələsinə isə növbəti mərhələlərdə baxıla bilər".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO