Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

Hazırda oxunan: Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

639774

Şamaxıda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzasının təfərrüatı məlum olub.

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, yaxınları mərhum Elmira Əliyevanın Bakıda yaşadığını və bacısı nəvəsinin hərbi xidmətə yola salınması üçün Şamaxıya gəldiyini deyir.

Hadisə onun qohumlarının evindən qayıdarkən yolu keçmək istədiyi zaman baş verib.

 

"Yoldan keçirdim, qəzanı görüb maşını saxladım. Hadisə yerinə yaxınlaşanda gördüm ki, yerdə uzanan şəxs bibimdir. Mən gələndə artıq həyatını itirmişdi", - deyə mərhumun qohumu bildirib.

 

Qeyd edək ki, hadisə Bakı-Şamaxı yolunun Mirzə Ələkbər Sabir qəsəbəsində, köməkçi yolda qeydə alınıb.

Şamaxı sakini Aytac Bəkirovanın idarə etdiyi avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Elmira Əliyevanı vurub. Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. Ağır xəsarət alan qadın hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO