“Bir-birimizdən təcrübə qazanırıq!” -

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Hazırda oxunan: “Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO
639678
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təlim meydanında hər üç ölkənin hərbi qulluqçuları birgə fəaliyyət göstərərək tapşırıqların icrası zamanı qarşılıqlı fəaliyyət və uzlaşma imkanlarını təkmilləşdirirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu təlim iştirakçıların praktiki vərdişlərinin inkişafına və peşəkar hazırlığının artırılmasına xidmət edir.

Təlimdə iştirak edən hərbi qulluqçularla həmsöhbət olduq. Azərbaycanlı hərbi qulluqçu bildirib ki, şəxsi heyətin praktiki bacarıqlarının təkmilləşdirilməsi və qardaş ölkələrin hərbçiləri ilə təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. O, birgə tapşırıqların icrası zamanı qarşılıqlı fəaliyyətin təmin edilməsinin mühüm təcrübə qazandırdığını qeyd edib.

Özbəkistanlı hərbi qulluqçu isə birgə təlimə cəlb olunan heyətin iştirakının qarşılıqlı təcrübə mübadiləsi və birgə fəaliyyət bacarıqlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

O, təlim çərçivəsində əldə olunan təcrübənin gələcək hərbi əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.

Təlim çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları müxtəlif tapşırıqları birlikdə yerinə yetirir, qarşılıqlı fəaliyyət imkanlarını təkmilləşdirir və peşəkar təcrübələrini bölüşürlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO