Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Hazırda oxunan: Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
638331
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb.

Bizim.Media xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib.
 

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu, Babək prospekti, 3 ünvanına qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınması işləri "Xezer-Construction" MMC-yə həvalə olunub.


Şirkətə görüləcək işlərlə bağlı ümumilikdə 35 milyon 229 min 641 manat ödəniləcək.

Layihə çərçivəsində park ərazisində mövcud tikililərin, asfalt örtüyü və dəmir yolunun sökülməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin ilkin qiyməti 49 milyon 440 min 118 manat olaraq müəyyənləşdirilmişdi. (Ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO