Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs SAXLANILDI

Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs SAXLANILDI

Hazırda oxunan: Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs SAXLANILDI

637217

Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb.
 

Polis və prokurorluq əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.


Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO