ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı – FOTO

ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı – FOTO

Hazırda oxunan: ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı – FOTO

637183

ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc Turan Fehruz oğlu həyatına son qoyub.

Bizim.Media xəbər verir ki, Turan İslamlı Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Onun atası əslən Laçın rayonundandır. Ailə uzun illərdir Bərdədə məskunlaşıb.

Məlumata görə, Turan ixtisasca mühəndis olub.

O, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Bir müddət Şuşada memar kimi fəaliyyət göstərib, daha sonra ABŞ-a gedib və ordu sıralarında xidmət edib.

T.İslamlı həmçinin güclü şahmatçı kimi tanınıb. Ailədə ata-anası, iki qardaşı və bir bacısı olub.

Yaxınları bildirib ki, Turan “Green Card” qazanıb və ABŞ-a gedib:

“Bundan sonra o ölkədə orduya daxil olub. Turan bütün fənləri yaxşı bilib və ingilis dilində imtahan verib. O, dünən məzuniyyətə Bakıya gəlib və səhər saatlarında həyatına son qoyub”.

Qeyd edək ki, hadisənin səbəbləri barədə hələlik əlavə məlumat yoxdur. (Gununsesi.info)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO