Lənkəranda yenotlar ailəni evindən didərgin saldı – FOTO

Lənkəranda yenotlar ailəni evindən didərgin saldı – FOTO

Hazırda oxunan: Lənkəranda yenotlar ailəni evindən didərgin saldı – FOTO

637187

Lənkəranda yaşayış evinə sığınan yenotlar ailəni qorxu içində saxlayır. Heyvanların hücumundan ehtiyat edən ev sakinləri yaşadıqları evi tərk edərək qohumlarının yanına köçüblər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində Qismət Ağazadəyə məxsus fərdi yaşayış evində təxminən bir aydır yenotlar məskunlaşıb.

Ev sakinləri əvvəlcə damdan gələn naməlum səslərdən narahat olublar. Təhlükəsizlik kameralarına baxdıqdan sonra səslərin səbəbinin yenotlar olduğu müəyyənləşib.

Gündüz saatlarında gizlənən heyvanlar gecələr aktivləşərək həyətdə sərbəst dolaşırlar. Yenotlar evin dam örtüyünə və taxta konstruksiyalarına ciddi ziyan vurublar.
 

Ev sahibinin qohumu Samid Qədimovun sözlərinə görə, damda bir heyvan deyil, dişi, erkək və balalardan ibarət yenot ailəsi məskunlaşıb. Sakinlər heyvanların insanlara hücum edə biləcəyindən ehtiyat edirlər. Bu səbəbdən uşaqların həyətə çıxmasına icazə verilmir, ailə isə təhlükəsizlik məqsədilə qohumlarının evinə köçüb.


Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələlik problem həll olunmayıb və yenotların ərazidən götürülməsi üçün tədbir görülməyib.

Narahatlıq doğuran digər məqam isə evin arxasında uşaq bağçasının yerləşməsidir. Sakinlər yenotların bağçanın ərazisinə keçərək uşaqlar üçün təhlükə yarada biləcəyindən narahatdırlar.

Ailə aidiyyəti qurumlardan məsələyə operativ müdaxilə etməyi, heyvanların təhlükəsiz şəkildə ərazidən götürülməsini və evə qayıtmaq imkanının yaradılmasını istəyir.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO