Qarabağda daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Qarabağda daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Hazırda oxunan: Qarabağda daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

637188

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu dəfə Ağdərə, Ağdam, Xocalı, Xocavənd, Laçın və Zəngilan rayonlarında daha 86 şəxsə proqram çərçivəsində mal və materiallar təqdim edilib.

Verilmiş aktivlər hesabına onlar qoyunçuluq, keçiçilik və arıçılıq üzrə kiçik bizneslərini yaradıblar.
 

Proqramın iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.


Ümumilikdə işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 1048 şəxs özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatlarını qurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO