Şirvanda yüksək səslə mahnıya qulaq asan sürücü HƏBS EDİLDİ

Şirvanda yüksək səslə mahnıya qulaq asan sürücü HƏBS EDİLDİ

Hazırda oxunan: Şirvanda yüksək səslə mahnıya qulaq asan sürücü HƏBS EDİLDİ

637061

Şirvanda ictimai qaydanı pozan gənc sürücü saxlanılıb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, 21 yaşlı Şükran Mirzəyev (şərti adla) şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində idarə etdiyi “Mercedes-Benz C200” markalı avtomobillə hərəkətdə olarkən yüksək səslə musiqiyə qulaq asıb.

Buna görə o, yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtomobildə səsgücləndirici qoşulduğu müəyyən olunub.

Məlumata görə, Şükrana səsgücləndirici qoşduğu və avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün dəfələrlə xəbərdarlıq edilib. Lakin o, bu xəbərdarlıqlara məhəl qoymayıb.
 

Nəticədə Şükran Mirzəyev barəsində inzibati protokol tərtib olunub. Ş.Mirzəyev özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu deyib.


Məhkəmənin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs qərarı seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO