Yevlaxda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı 32-ci məhəllə adlanan ərazidə qeydə alınıb.
Belə ki, rayon sakini, 85 yaşlı Qərənfil Məmmədova paltar sərmək istəyərkən ayağı sürüşərək pəncərədən yıxılıb.
Ağır xəsarət alan qadın Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Qərənfil Məmmədova şəhid Yunis Məmmədovun həyat yoldaşı idi.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

































































































