Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlandı – FOTO - VİDEO

Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlandı – FOTO - VİDEO

Hazırda oxunan: Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlandı – FOTO - VİDEO

636764

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilən bağlamada narkotik aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin bağlamaya baxış keçirilərkən orada olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə aşkarlanan narkotik vasitələr 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin olub.

Həmçinin Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən geyimin üzərində xüsusi üsulla tikilərək gizlədilmiş ümumilikdə 4 ədəd bükülüdə 0,888 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO