ADY Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib – FOTO

ADY Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib – FOTO

Hazırda oxunan: ADY Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib – FOTO

636761

14–15 sentyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə İşçi Qrupunun iclası keçirilib.

Bizim.Media xəbər verir ki, İşçi Qrupunun rəhbəri, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Nicat Quliyevin iştirak etdiyi iclas çərçivəsində Orta Dəhlizin cəlbediciliyinin artırılması və yük axınları üçün əlverişli şəraitin yaradılması məqsədilə konteyner daşımalarının və yük daşıma tariflərinin optimallaşdırılması məsələləri müzakirə edilib.

Müzakirələrin yekunu olaraq dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, yükdaşımaların səmərəliliyinin artırılması, eləcə də regionda ticarət və logistikanın inkişaf etdirilməsi barədə protokol imzalanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO