Bu ölkələrə tək şəxsiyyət vəsiqəsi ilə gedəcəyik - Müjdə

Bu ölkələrə tək şəxsiyyət vəsiqəsi ilə gedəcəyik - Müjdə

Hazırda oxunan: Bu ölkələrə tək şəxsiyyət vəsiqəsi ilə gedəcəyik - Müjdə

636560

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşlarının pasportdan istifadə etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi istiqamətində iş aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”a açıqlamasında TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

Baş katib qeyd edib ki, Azərbaycan və Türkiyə arasında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə, pasportsuz səfər imkanından artıq istifadə olunur:

“Digər türk dövlətləri ilə də bunun mümkün olması üzərində də biz işləyirik. Bu ölkələr Qırğızıstan, Qazaxıstan və Özbəkistandır. Bunu təkcə bir ölkə ilə deyil, birlikdə həyata keçirə bilərik”.

O, sözügedən məsələnin TDT-nin gündəmində olduğunu vurğulayıb.

“İnşallah, bu, bizim gündəmimizdədir. Söhbət beş ölkədən gedir: Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan. Layihənin ən qısa zamanda tamamlanması üçün hazırlıqlar davam etdirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO