Azərbaycanlı sürücülər sərhəddə qaldılar - Video

Azərbaycanlı sürücülər sərhəddə qaldılar - Video

Hazırda oxunan: Azərbaycanlı sürücülər sərhəddə qaldılar - Video

633755

İrandan Rusiyaya ərik daşıyan azərbaycanlı TIR sürücüləri sərhəddə qalıb.

Bizim.Media xəbər verir ki, sürücülər ərik məhsulunu İrandan Rusiyaya sifariş əsasında aparıblar.

Lakin sərhəddə uzun müddət gözləmələri həm sürücülər, həm də daşınan məhsul üçün ciddi problemlər yaradıb.
 

Məlumata görə, hər TIR-da təxminən 20 ton ərik var. Sürücülər bildirirlər ki, hər avtomobildə 80-100 min manat dəyərində məhsul artıq xarab olub. Onların sözlərinə görə, 15 gündür İranda ağır şəraitdə gözləməli olurlar.


Sürücülərin iddiasına görə, Rusiya tərəfi, daha dəqiq desək, məhsulun gətirilməsini sifariş edən şirkət yüklərin xarab olduğunu əsas gətirərək onları qəbul etməkdən imtina edir. İran tərəfi isə xarab olmuş məhsulun boşaldılmasına icazə vermir.

Hazırda sürücülər İran-Astara gömrük məntəqəsində TIR-ların içərisində xarab olan yüklərlə bağlı necə davranacaqlarını bilmirlər. Onlar bildirirlər ki, gözləmə müddəti uzandıqca vəziyyət daha da ağırlaşır.

Məhsulun Rusiyaya daşınmasını sifariş edən şirkətin nümayəndələri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Yerli aidiyyəti qurumlar isə məsələnin araşdırılacağını bildiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO