Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

633306

Nepal-Çin sərhədində baş verən daşqınlarda ölən, yaralanan və itkin düşənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə bir məlumat daxil olmayıb.

Bizim.Media xəbər verir ki, bunu “apa.az”a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, Nepalda baş verən güclü sel nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb, 570-dən çox insan itkin düşüb.

Ümumilikdə, itkin düşənlərin siyahısında 579 nəfər var. Belə ki, 28 ölkədən 466 əcnəbi və 113 Nepal vətəndaşı itkin düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO