Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

Hazırda oxunan: Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti YOXLANILIR – FOTO

633011

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti kompleks şəkildə yoxlanılır.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin və texniki normativlərin tələblərinə əsasən, avtomobil yollarının tərkib hissəsi olan körpü və yol ötürücülərinin dövri yoxlanılması, faktiki vəziyyətinin qiymətləndirilməsi onların təhlükəsiz istismarının əsas şərtlərindəndir.

 

Bu məqsədlə bu ilin may ayında Agentliyin mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. İşçi qrup Bakı şəhərində yerləşən 66 yol ötürücüsü və körpüyə vizual baxış keçirərək qurğuların mövcud vəziyyətini ilkin qiymətləndirib.

 

Baxışların nəticələrinə əsasən, 13 yol ötürücüsü və körpünün texniki göstəricilərinin daha ətraflı öyrənilməsi məqsədəuyğun hesab olunaraq instrumental müayinəyə cəlb edilməsi qərara alınıb.

Instrumental müayinənin təyin olunması həmin qurğuların istismar üçün təhlükəli olması demək deyil. Bu, daşıyıcı konstruksiyaların möhkəmliyini, yükgötürmə qabiliyyətini, deformasiya göstəricilərini və vizual baxış zamanı müəyyən edilməsi mümkün olmayan qüsurları xüsusi cihazlarla dəqiq qiymətləndirməyə imkan verən qabaqlayıcı tədbirdir.

 

İşlərin peşəkar və elmi-texniki əsaslarla aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu ilə müqavilə imzalanıb.

 

Müqaviləyə əsasən, avqustun 27-dən seçilmiş yol ötürücüləri və körpülərdə instrumental müayinələrə başlanılacaq. Nəticələr əsasında qurğuların faktiki texniki vəziyyəti müəyyənləşdiriləcək, zərurət yarandığı halda təmir-bərpa və gücləndirmə tədbirləri planlaşdırılacaq.

Agentliyin həyata keçirdiyi sistemli nəzarət və qabaqlayıcı tədbirlər mümkün risklərin erkən müəyyənləşdirilməsinə, mühəndis qurğularının istismar müddətinin uzadılmasına və hərəkət təhlükəsizliyinin yüksəldilməsinə xidmət edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO