Hərbi toplanış ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının, hərbi bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən dövlət tədbiridir.
Bizim.Media xəbər verir ki, qanunvericiliyə əsasən, aşağıdakı şəxslər hərbi toplanışlarda iştirak etməkdən azaddırlar:
- hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra (hərbi yoxlama toplanışlarından başqa) - 1 il ərzində;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təxsis edilmiş (bron edilmiş) hərbi vəzifəlilər;
- müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar;
- qadın hərbi vəzifəlilər;
- mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti;
- dəniz gəmilərinin üzgü heyəti (Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabitləri istisna olmaqla);
- əyani təhsilalma forması üzrə - təhsil müddətində, qiyabi təhsilalma forması üzrə isə - semestr və sessiya, həmçinin diplom işinin (dissertasiyanın) hazırlandığı və müdafiə edildiyi müddətlərdə (təhsil müəssisəsinin arayışı əsasında);
- hərbi uçotdan çıxarılaraq qulluq (xidmət) etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınanlar.
Toplanışları keçməkdən azad etmək barəsində qərarı hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanının rəhbəri qəbul edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:53 / 25.08.2026
Azərbaycanda bəzi şəxslər hərbi toplanış keçməkdən azaddırlar - Qanun nə deyir? - VİDEO
Hazırda oxunan: Azərbaycanda bəzi şəxslər hərbi toplanış keçməkdən azaddırlar - Qanun nə deyir? - VİDEO
Hazırda oxunan: Azərbaycanda bəzi şəxslər hərbi toplanış keçməkdən azaddırlar - Qanun nə deyir? - VİDEO
632893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































