Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

Hazırda oxunan: Bakıda maşında qadın DÖYÜLDÜ

632866

Bakının Xəzər rayonunda 22 yaşlı oğlan sevgilisini döyüb.

Bizim.Media “demokrat.az”a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Rüfət qəsəbəarası yolda idarə etdiyi “Mercedes” markalı avtomobilin içərisində qısqanclıq zəminində sevgilisi Könül (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında yaranmış mübahisə zamanı qəsdən Könülü vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
 

Faktla bağlı Rüfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini deyib.


Zərərçəkmiş şəxs də ifadəsində təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. O bildirib ki, təqsirləndirilən şəxslə barışıb, ona dəymiş ziyan tamamilə ödənilib, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO