"3-ü 1-də" şampunları dərinin həddindən artıq qurumasına və sonradan kəpəyin yaranmasına səbəb ola bilər.
Bizim.Media bildirir ki, bunu "NEWS.ru" saytına verdiyi açıqlamada kimyaçı Tatyana Droqanova bildirib.
Onun sözlərinə görə, ən yaxşı nəticəni əldə etmək üçün başı yumaq üçün nəzərdə tutulan vasitələrdən, kondisionerdən və saç maskasından ayrıca istifadə etmək lazımdır.
"Baş və saç yumaq üçün birləşdirilmiş vasitələr tez-tez istifadə edildikdə mənfi nəticələrə yol aça bilər. Baş dərisinin həddindən artıq quruması kəpəyin meydana gəlməsinə səbəb olur.
Buna görə də, ən yaxşı nəticəni əldə etmək üçün yuma vasitələrini – balzam, kondisioner və ya saç maskalarını ayrıca tətbiq etmək lazımdır. “2-si 1-də” və yə “3-ü 1-də” şampunlarını isə ən son ana - səfərlər üçün saxlamaq olar", – deyə Droqanova izah edib.
O bildirib ki, şampunun əsas vəzifəsi baş dərisini və saçları dəri hissəciklərindən, tozdan və piy vəzilərinin ifrazatından təmizləməkdir.
Bu səbəbdən müasir vasitələrin əksəriyyəti zəif turş mühit reaksiyasına (pH 5.5-6) malikdir və onların tərkibinə anion səthi-aktiv maddələr (SAM) və müxtəlif əlavələr: yağlar, ətirlər, amin turşuları, konservantlar daxildir. Kimyaçının sözlərinə görə, balzam isə saçın strukturunu yaxşılaşdırmaq, daranmanı asanlaşdırmaq, ultrabənövşəyi şüalardan və isti üsulla formaya salınmadan (fen və s.) qorunmaq üçün mütləqdir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:05 / 22.08.2026
Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!
Hazırda oxunan: Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!
Hazırda oxunan: Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!
632543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































