69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu

69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu

Hazırda oxunan: 69 yaşlı qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu
632492
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Külli miqdarda vergi borcu olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, 69 yaşlı R. İsrafilovanın adına olan MMC-nin dövlət büdcəsinə, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 106 min 125 manat vergi borcu yaranıb.

Borc illərdir ödənilmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulması üçün iddia qaldırıb.

İddiada bildirilir ki, dəfələrlə R. İsrafilovaya borcun ödənilməsi ilə bağlı bildiriş göndərilib. Lakin ödənişlər yerinə yetirilməyib.

Məhkəmənin qərarı ilə MMC-nin rəhbəri, 69 yaşlı R. İsrafilovanın ölkədən çıxışı vergi öhdəlikləri tam yerinə yetirilənədək qadağan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO