Sağalmaz hesab edilən xəstəliyin dərmanı Antarktida buzlaqlarında TAPILDI

Sağalmaz hesab edilən xəstəliyin dərmanı Antarktida buzlaqlarında TAPILDI

Hazırda oxunan: Sağalmaz hesab edilən xəstəliyin dərmanı Antarktida buzlaqlarında TAPILDI

632438

Antarktidada yaşayan bəzi göbələk növlərini altsheymer xəstəliyinə qarşı müalicədə faydalı olacağı aşkarlanıb.

Bizim.Media "Ensonhaber"ə istinadla xəbər verir ki, Malayziyadakı Malaya Universitetinin tədqiqatçılarının Antarktida ekosistemlərindən əldə edilən Pseudogymnoascus cinsinə aid mikroorqanizmləri araşdırıblar.
 

Bu göbələklər dünyanın ən sərt iqlim şəraitində yaşayırlar. Sıfırdan aşağı temperatur, güclü ultrabənövşəyi şüalar və qida çatışmazlığı kimi çətinliklərə baxmayaraq, onlar sağ qala bilirlər.


Alimlərin fikrincə, göbələklərin bu sərt mühitə uyğunlaşmaq üçün inkişaf etdirdikləri xüsusiyyətlər onlara başqa mühitlərdə nadir hallarda rast gəlinən təbii birləşmələr istehsal etməyə imkan verir.

Tədqiqat qrupu bu göbələklərdən əldə edilən birləşmələrin altsheymer xəstəliyi ilə əlaqəli zülallarla qarşılıqlı təsirə girib-girə bilməyəcəyini kompüter dəstəkli üsullarla araşdırıb və müsbət nəticənin əldə oluna biləcəyi qənaətinə gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO