Neft və qızılın bahalaşması Azərbaycana əlavə gəlir gətirir: iqtisadçının rəyi

Neft və qızılın bahalaşması Azərbaycana əlavə gəlir gətirir: iqtisadçının rəyi

Hazırda oxunan: Neft və qızılın bahalaşması Azərbaycana əlavə gəlir gətirir: iqtisadçının rəyi
632419
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya bazarında neft və qızılın qiyməti artır. Bu bahalaşmanın Azərbaycan iqtisadiyyatına və vətəndaşlarına müsbət təsiri istisna edilmir. Xüsusilə neftin bahalaşmasının ölkəyə əlavə gəlir gətirəcəyi vurğulanır.

Bəs bu artımlar Azərbaycanda iqtisadi fəallığa və vətəndaşlara necə təsir edəcək?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan iqtisadçı Emin Qəriblinin sözlərinə görə, bu il neft ixracından əldə etdiyimiz gəlirlər kifayət qədər çoxdur:

“Qızılın da bu ixracda payı yüksəkdir. İxrac məhsullarının ölkə üçün əhəmiyyətini nəzərə alsaq, onların qiymətinin artması bizim üçün müsbət haldır. Bu, təbii ki, həmin məhsullar hesabına vergi və gömrük ödənişlərinin artmasına da təsir göstərir”.

E.Qəribli bildirib ki, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər büdcənin mühüm gəlir mənbələrindən biridir:

“Neftin qiymətinin artması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məsələn, bu il hətta neft ixracımızın həcmi azalsa da, qiymət artımı hesabına neft ixracından əldə etdiyimiz gəlirlər artıb. İxracın dəyəri və qiymətlər artdıqca ölkənin valyuta və qızıl ehtiyatları da artır. Buna uyğun olaraq sosial ödənişlər həyata keçirilir, sosialyönümlü siyasət reallaşdırılır, maaş və pensiyalarda artımlar olur”.

Ekspertin sözlərinə görə, neft və qızılın bahalaşması iqtisadi təhlükəsizliyimiz baxımından da vacibdir:

“Çünki bir çox vətəndaşın, xüsusilə də dövlət sektorunda çalışan insanların maaşları büdcə hesabına formalaşır. Təbii ki, neftin qiymətinin artımı növbəti büdcələrdə də nəzərə alınır. Gəlirlər artarsa, bu, dövlət sektorunda çalışan insanların gəlirlərinə də təsirini göstərir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO