Əfv Komissiyasının iclaslarında 2 minə yaxın müraciətə baxılıb

Əfv Komissiyasının iclaslarında 2 minə yaxın müraciətə baxılıb

Hazırda oxunan: Əfv Komissiyasının iclaslarında 2 minə yaxın müraciətə baxılıb

632307
"Bu il Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib, 2 minə yaxın müraciətə baxılıb".
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
 
O bildirib ki, 9 ildir Əfv Komissiyasının üzvüdür: "Amma bu dərəcədə çox və bu qədər məhsuldar iclas keçirilməyib. Əfv sərəncamı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olacaq".
 
Komissiya üzvü qeyd edib ki, artıq sənədlər toplanıb: "Həmin sənədlər Prezidentə təqdim olunacaq. Çox güman ki, bu günlərdə yəni, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində biz bu sərəncamın imzalanmasının şahidi olacağıq. Düşünürəm ki, bu müstəqillik illərində ən çox məhkuma istinad olunan mərhələli bir Əfv sərəncamı olacaq və xeyli insanı sevindirəcək".
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO