Qida mifləri: Limonlu su yağ yandırır? – VİDEO

Qida mifləri: Limonlu su yağ yandırır? – VİDEO

Hazırda oxunan: Qida mifləri: Limonlu su yağ yandırır? – VİDEO
632063
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxılışında limonlu suyun insan orqanizmində yağ yandırması və maddələr mübadiləsini sürətləndirməsi ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib.

Bizim.Media xəbər verir ki, AQTİ-nin mütəxəssisləri bildirirlər ki, limonlu suyun birbaşa yağ yandırdığı və ya maddələr mübadiləsini nəzərəçarpacaq dərəcədə sürətləndirdiyi elmi olaraq sübutunu tapmayıb.
 

Limon əlavə edilmiş su yağ hüceyrələrini parçalamır və öz-özlüyündə çəki itkisinə səbəb olmur. Bununla belə, limonlu su gündəlik su qəbulunun artırılmasına və adi suya xoş dad verilməsinə kömək edə bilər.


Eyni zamanda, az miqdarda C vitamini mənbəyi hesab olunur. Şəkərli və yüksək kalorili içkilərin əvəzinə limonlu suya üstünlük verilməsi isə gündəlik enerji qəbulunun azalmasına dolayı yolla töhfə verə bilər. Lakin bu xüsusiyyətlər limonlu suya xüsusi “yağyandırıcı” təsir qazandırmır.

Mütəxəssislərin fikrincə, çəki və yağ kütləsinin azalmasında balanslı qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və davamlı sağlam həyat tərzi əsas rol oynayır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO