Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

Hazırda oxunan: Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

631617

Avqustun 16-da Şəhid Ağacavad Mütəllimzadənin anım günü münasibətilə “Bir ürək, min təbəssüm” adlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, Şəhidin anası Nailə Mütəllimzadənin təşkil etdiyi mərasimin əsas məqsədi fiziki məhdudiyyətli uşaqları bir araya toplamaq olub.
 

Belə ki, tədbirdə 52 fiziki məhdudiyyətli uşaq və onların valideynləri, Şəhid ailələri, müharibə veteranları, o cümlədən, rəsmi şəxslər, deputat Fazil Mustafa da iştirak edib. Tədbirdə uşaqlara xüsusi diqqət göstərilib, çıxışlar edilib, onlara hədiyyələr təqdim edilib.


Ağacavad Mütəllimzadənin anası Nailə Mütəllimzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, bu, əslində oğlu Ağacavadın arzusu olub.

“Ağacavad şəhid olduqdan sonra gücüm çatdığı qədər onun arzularını həyata keçirəcəyimlə bağlı özümə söz verdim. Fiziki məhdudiyyətli uşaqları bir araya toplamaq, onları sevindirmək də Ağacavadın arzularından biri idi.

Ağacavad özü üçün heç vaxt nəsə istəmirdi. Onun məqsədləri həmişə başqaları üçün idi. O, biznesini qurmaq istəyirdi ki, daha çox insana kömək etsin, qardaşlarına dəstək olsun. Mən də ona görə onun arzularını həyata keçirməyə çalışıram”.
 
“Özü təhsil ala bilməsə də, başqalarının təhsilinə dəstək olmaq istəyirdi”
 
“İmkanımız olmadığı üçün Ağacavad da, digər övladlarım da təhsil ala bilməyib, ancaq orta məktəbi oxuyublar. Buna görə də Ağacavadın arzularından biri də təhsil almaq istəyən uşaqları oxutdurmaq idi. Hələ sağ ikən işləyib, qohumumuz olan 3-4 uşağın təhsil almasına gücü çatdığı qədər kömək edib”.
 
Qeyd edək ki, “Hinal qartalı” ləqəbli 44 günlük Vətən Müharibəsinin şəhidi, Ağacavad Mütəllimzadə 1997-ci il avqustun 14-də Bakının Maştağa qəsəbəsində dünyaya gəlib. O, 22 oktyabr 2020-ci ildə Xocavənd yaxınlığında “Ziyarət dağ” adlanan yüksəkildə gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Qəhrəmanımız Prezidentin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “ Cəsur döyüşçü”, “ Zəngilanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarıyla təltif olunub.
 









Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO