Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü

Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü

Hazırda oxunan: Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü

631453

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media  xəbər verir ki, Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü S.Hakyemezin idarə etdiyi "Iveco" markalı iritonnajlı yük avtomobili magistral yolun dəmir arakəsməsinə dəyib.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Yük avtomobilnin yük yerində olan dəmirlər yola dağılıb, bundan başqa avtomobildən bir tona yaxın yanacaq yola tökülüb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib, yolda dağılan yanacaq yuyulub.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO